Ölkə futbolu

“Rəvan” yeni baş məşqçisi ilə məşqə çıxdı – FOTO

“Rəvan” qış hazırlıq planı çərçivəsində yanvarın 5-dən əməli fəaliyyətə başlayıb.

“Aslanlar” “Bayıl Arena”da yeni baş məşqçi Güvənc Kurtarın rəhbərliyi altında hazırlıq keçir.

Gündə 2 dəfə məşq edən futbolçular arasında hələ ki legionerlər yoxdur. Əvəzində baş məşqçi əvəzedici komandadan bir neçə futbolçunu sınayır. Hələlik məşqlər intensive xarakter almayıb. Kurtar daha çox düşərgədə olanlara öz oyun fəlsəfəsini başa salmağa çalışır. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43