Ölkə futbolu

“Neftçi”dən darmadağın, “Kəpəz” qalib gəldi

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXI tura yekun vuruldu.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən görüşlərdə aşağıdakı nəticələr əldə edilib:

“Neftçi” 5-1 “Zirə”

(Vüsal Hüseynov, 14; Ruzigar İbrahimov, 20; Anton Krivotsyuk, 50; Aqşin Qurbanlı, 80 (p.); Bahadur Həziyev, 84 // Müşviq İlyasov, 68)

“Kəpəz” 2-0 AZAL

(Sahib Abbasov, 15, 85)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43