Premyer Liqa

“Neftçi”dən inamlı qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

Son oyun günündə 3 qarşılaşma baş tutacaq ki, bunlardan biri paytaxtda, digəri isə Lənkəranda keçiriləcək.

Cənubda baş tutacaq oyun hər iki tərəf üçün önəmlidir. Uğursuzluqdan heç cür yaxa qurtara bilməyən "Xəzər Lənkəran" "Qəbələ" ilə oyuna dönüş nöqtəsi kimi bax.r Əgər bu matçda da XL qalib gələ bilməsə turnir cədvəlindəki vəziyyəti heç yaxşı olmayacaq. 

"Qəbələ" isə "Qarabağ"ın xal itkisindən və "Neftçi"nin xal itirmə ehtimalını nəzərə alaraq çətin səfərdə 3 xal üçün mübarizə aparacaq. Syominin başçılıq etdiyi komanda son turdakı "Qarabağ" yenilgisini azarkeşlərinə unutdurmaq üçün "ağ-yaşıllar"la səfər matçından xal və ya xallar gətirmək niyyətindədir.

Paytaxtda keçiriləcək "Neftçi" – "Bakı" oyunu da az maraq kəsb etmir. Paytaxt derbisində meydan shibləri matçın favoriti olsa da, Pantiçin başçılıq etdiyi komandanı məğlub etmək heç də asan məsələ deyil.

 

Premyer Liqa

13-cü tur

10 noyabr (bazar)

17:00. Xəzər Lənkəran – Qəbələ 0:0

Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Şahin Cəfərov.

Lənkəran şəhər stadionu.

18:00. Neftçi – Bakı 2:1
QOL:
Ernest Nfor, 2,  Cavid İmamverdiyev, 46, Ramos, 53 (avtoqol)

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

Bakı. "Bakcell Arena".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43