Ölkə futbolu

“Neftçi”nin 8 futbolçusu milliyə dəvət aldı

“Neftçi”nin oyunçuları 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət ediliblər.

İdmanxeber.com-un məlumatına görə, yığmamız bu gündən təlim-məşq toplanışına yığışacaq. Hazırlıq prosesinə paytaxt klubunun 8 üzvü cəlb edilib. Bunlar İsmayıl Zülfüqarlı, İlkin Əbiyev, İnqilab Ələkbərov, Murad Bağırov, Vüsal Əsgərov, Mehdi Tahirov, Abbas Abbasov və Nicat Məmmədovdu.

Qeyd edək ki, U-17 yığmamızın toplanışı iyulun 17-dək Bakıda, ayın 18-dən avqustun 2-dək isə Qaxda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43