Kateqoriyasız

“Neftçi”nin Avroliqadakı rəqibi rəsmən bəllidi

“Neftçi”nin Avroliqanın ikinci təsnifat mərhələsindəki rəqibinin adı rəsmən bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan kubokunun son qalibi bu mərhələdə Sloveniyanın “Koper” klubu ilə qarşılaşacaq. 

Sloveniyalılar ilk görüşdə (5:0) olduğu kimi cavab matçında da Monteneqro “Çelik”inə heç bir şans verməyiblər – 4:0.

İki oyunun ümumi cədmində 9 qol vuraraq, qapısında top görməyən “Koper”in “Neftçi” ilə ilk matçı Bakıda, iyulun 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43