Ölkə futbolu

“Neftçi”nin bombardiri “İnter”də – ÖZƏL

Türkiyənin İzmit şəhərində təlim-məşq toplantısında olan Bakının “İnter” klubunun düşərgəsinə yeni futbolçu qoşulub.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, “Neftçi”nin yeni müqavilə bağlamadığı Bahodir Nasimov paytaxtın digər klubu olan “İnter”in düşərgəsinə yollanıb.

Kaxabaer Sxadadze özbəkistanlı fovardı komandasında görmək istəyir və bununla bağlı rəhbərliyə göstəriş verib. 

“İnter” futbolçuyla bir çox detalları razılaşdırıb və bu keçidin baş tutması üçün xırda məsələlərin həlli qalıb ki, yaxın günlərdə də bu həllini tapmalıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43