Ölkə futbolu

“Neftçi”nin futbolçusu bir neçə klubla danışıq aparır

Hazırda özünə yeni komanda axtaran futbolçu Slavko Braliç bir neçə klubla danışıqlarını davam etdirir.

Bu barədə klub saytı məlumat yayıb.

Formada qalmaq üçün klub rəhbərliyinə müraciət edən 26 yaşlı xorvatiyalı müdafiəçi “Neftçi-2”nin heyətində təlim-məşq toplanışına qoşulub. Onun gələcək karyerasına yaxın müddətdə aydınlıq gələcək.

“Neftçi”nin prezidenti Kamran Quliyev ötən günlərdə Braliç üçün uyğun bir təklif gəldiyi təqdirdə satılacağını bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43