Milli komanda

Obradoviç millinin heyətini açıqladı – siyahı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının yanvarın 21-dən 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yeni baş məşqçi Milan Obradoviç toplanışa ancaq Premyer Liqa və I divizion klublarında çıxış edən futbolçuları dəvət edib. Hazırlıq prosesində aşağıda adları qeyd olunan oyunçular iştirak edəcək:

Kamran İbrahimov, Ömər Buludov, Əsgər Hüseynov, Anton Krivotsyük (hamısı “Neftçi”), Süleyman Süleymanov, Ricat Qarayev, Elvin Dəmirov, Tural Bayramlı, Murad Xaçayev, Süleyman Əhmədov, Baxşəli Baxşaliyev (hamısı “Sumqayıt”),  Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Murad Qayalı, Nurlan Quliyev,  Qədir Bayramlı (hamısı “Keşlə”), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı MOİK), Emil Qasımov (“Sabah”), İsmayıl İbrahimli, Nicat Süleymanov (hər ikisi “Qarabağ”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43