Ölkə futbolu

“Neftçi”nin futbolçusunun karyerasında ilk

Topaz Premyer Liqasının XXV turunun “Sabah” – “Neftçi” oyunu (0:2) Namiq Ələsgərovun dublu ilə əlamətdar olub.

 İdmanxeber.az-ın məlumatına görə, vurduğu 2 qolla komandasına 3 xal qazandıran yarımmüdafiəçi Azərbaycan çempionatlarında ilk dəfə dubla imza atıb.

Namiqin vurduğu ikinci top onun “Neftçi”nin heyətində 10-cu çempionat qolu olub. 57-ci görüşündə yubiley qeyd edən futbolçu 2016/17 mövsümündə 2, ötən çempionatda 5, cari yarışda 3 dəfə fərqlənib. Onun “ağ-qaralar”ın heyətindəki ilk qolu 2017-ci il fevralın 9-da “Keşlə”ylə səfərdəki qarşılaşmaya (3:1) təsadüf edib.

Qeyd edək ki, Namiq Premyer Liqa karyerasındakı qol sayını 16-ya çatdırıb. O, “Neftçi”yədək “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 qola sevinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43