Ölkə futbolu

Britaniya mətbuatı Bəhluldan yazdı: “Seltik” üçün doğru seçim ola bilər”

“Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadənin Şotlandiyanın “Seltik” komandasının diqqət mərkəzinə düşdüyünü bildirmişdik. U-21 millimizin üzvü İdmanxeber.az-a verdiyi açıqlamada məsələ ilə bağlı rəsmi bir təklifin olmadığını bildirsə də, artıq Britaniya mətbuatında B.Mustafazadə haqda yazı da dərc olunub.

“Soccersouls.com” saytında dərc olunan yazıda U-21 millimizin üzvünün “Seltik” üçün yaxşı seçim olduğunu, əgər lazım olarsa, futbolçunun yarımmüdafiədə də oynana biləcəyi qeyd olunub. Daha sonra isə B.Mustafazadənin mövsümün sonunda klubun düşərgəsinə baxışa dəvət ediləcəyi və böyük ehtimalla “Seltik”ə keçəcəyi bildirilib.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Mustafazadə bu mövsümdən klubun əsas komandasında çıxış edir və Premyer Liqada 21 oyunda meydana çıxıb. O, daha əvvəl icarə əsasında “Sumqayıt”da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43