Ölkə futbolu

“Neftçi”nin hücumçusu ən yaxşı seçildi

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 23-cü  turunun ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, “Neftçi”nin üzvü Baqali Dabodur.

Fransız oyunçu “Zirə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Araşdırmalara əsasən Baqali Dabo turun ən yaxşı indeksə malik futbolçusudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43