Ölkə futbolu

“Neftçi”nin müdafiəçisi ən yaxşı seçildi

“Neftçi” və “Qəbələ”nin U-14 komandasının iştirak etdiyi “Caspian Cup-2017” beynəlxalq turniri daha iki əlamətdar hadisə ilə yadda qalıb.

İdmanxeber.com-un məlumatına görə, Rusiyanın Mahaçqala şəhərində təşkil olunmuş yarışın ən yaxşı futbolçusuna “Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin adını daşıyan mükafat təqdim olunub. Bu şərəfə Tbilisi “Dinamo”sunun üzvü Georgi Abuaşvili layiq görülüb.

“Neftçi”nin futbolçusu Mirəli Əhmədov isə turnirin ən yaxşı müdafiəçisi seçilib. Əhmədov Aleksandr Çivadzenin adını daşıyan mükafata sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43