Kateqoriyasız

“Neftçi”nin Müşahidə Şurasının sədri: “Mütləq islahatlar olacaq” (MÜSAHİBƏ)

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin idmanxeber.com-a müsahibəsi.

– Dünən“Neftçi”nin Müşahidə Şurasının sədri seçildiniz, bu gün komanda qələbə qazandı. Nə deyərdiz?

Ayağım düşərli oldu. (gülür) Gördüyünüz kimi qalib gəldik.

– Hansı yeniliklər gözləmək olar?

Birinci gündən mən bunu deyə bilmərəm. Gəlin oturaq, baxa, mzüakirə eliyək. Peşəkarlarla danışaq. Mən axı futbolçu deyiləm… Kömək eliyə bilərik. Təbii ki, dəyişikliklər olacaq və biz bunu edəcəyik. İndi konkret nəisə deyə bilmərəm. Bir aya biz buna hazırlaşacağıq, eliyəcəyik və sizə bunu deyəcəyik. 

Struktur dəyişikliyində yəqin ki, islahatlar olacaq?

Bəli, mütləq. Hamısı dəyişəcək… Biz istəyiriksə elə ilk olaraq “Neftçi”dən başlamalıyıq.

– İlk müşavirə də keçirilmişdi. Orada hansı qərarlar qəbul olundu?

Bir günə nəisə dəyişmək olmaz. Yəni, ilk gündəcə struktur dəyişikliyində hansısa fərqlilikdən danşmaq tezdi. Bizi qarşıda kubokun yarımfinal matçı gözləyir. İnanıram ki, mərhələni keçərik, qələbə bizim olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43