Kateqoriyasız

Elbrus Məmmədov: “İstədik ki, bunu bütün Azərbaycan görsün”

“Biz mətbuat konfransını bir yerdə keçirməyi əvvəlcədən planlaşdırmışdıq. İstəyirdik ki, Aqil Məmmədovla Elbrus Məmmədovun qardaşlığını bütün Azərbaycan görsün”.

İdmanxeber.com-un məlumatına görə, bu sğzləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

“Sumqayıt” üzərində əzmkar qələbə qazanan Cənub komandasının çalışdırıcısı 3 xalı belə şərh edib:

“Son vaxtlar edilən dəyişikliklər bəhrəsini  verdi. Meydançada əzmkar komanda gördüm. Düzdür, ilk dəqiqələrdə bir qədər inamsız çıxış etdik. Amma sonradan hər şey yaxşıya doğru dəyişdi. Qələbəyə görə sevincliyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43