Ölkə futbolu

“Neftçi”nin rəqibi dəyişdi: bu dəfə Superliqa təmsilçisinə qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin yanvarın 17-də keçirəcəyi yoxlama oyunundakı rəqibi dəyişib.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi” həmin tarixdə əvvəlcədən planlaşdırıldığı kimi İranın “Fulad” klubu ilə yox,  Türkiyə Superliqasında mübarizə aparan “Kayseri Ərciyəsspor”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İran təmsilçisi isə “Neftçi”nin əvəzedici heyəti ilə üz-üzə gələcək. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43