Dünyadan

Ronaldo: “Başqa planetdən gəlməmişəm”

İspaniya Kral Kubokunda “Atletiko”ya məğlub olan”Real”ın portuqaliyalı futbolçu kriştiano Ronaldo azarkeşlərdən üzr istədi.

İdmanxeber.com-un məlumatına görə, Ronaldo, matç sonunda jurnalistlərə etdiyi şərhdə- “Azarkeşlərdən üzr diləyirik. Amma üzlərində bir gülümsəmə olmalıdır. Çünki, “Real” dünyanın ən yaxşı klubu. Bəzən iki addım irəli getmək üçün bir addım geriləmək yaxşıdır. Önümüzdə liqa və Çempionlar Liqası kubokları var” dedi.

Ronaldo, hər zaman 100 faizlik performans göstərməsinin gözlənilməməsinin lazım olduğunu izah edib:

“Başqa planetdən gəlməmişəm. Amma təkrar ən yaxşı səviyyədə olacağam. 2, 3 həftəyə komanda və mən yenə əvvəlki oyunumuzu göstərəcəyik. Kral Kuboku ən az əhəmiyyəti olan kubok. Bu il liqa və Çempionlar Liqası daha əhəmiyyətlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43