Kateqoriyasız

“Neftçi”nin sabiq futbolçusu Almaniya klubuna transfer olundu

“Neftçi”nin sabiq futbolçusu  Melvin Platyenin yeni klubu bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı futbolçu Almaniyanın 3-cü liqa təmsilçisi olan “Hanza” klubuna keçib.  Təcrübəli hücumçu mövsümün sonuna kimi bu klubun uğurları üçün tər tökəcək.

Qeyd edək ki, 2013/14 mövsümündə “Neftçi”də çıxış edən 27 yaşlı futbolçunun son klubu “Brest” (Fransa) olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43