Kateqoriyasız

“Netçi” – “Koper” matçına nə qədər bilet satılıb?

Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Neftçi” – “Koper” matçına bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da baş tutacaq oyun üçün satışa çıxarılan biletlərin 5 mini artıq satılıb və bu satışın sabah oyun başa çatana kimi azı 8 min olacağı gözlənilir.

Xatırladaq ki, biletlər matçın keçiriləcəyi “Bakcell Arena”nın kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı. VİP bilet alan azarkeşlərə “Neftçi”nin azarkeş futbolkası və şərfi hədiyyə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43