Dünya futbolu

Neymar “Barselona” ilə danışıqlara başladı

“Barselona”nın forvardı Neymarın gələcəyi sual altında qalmaqdadır.

İdmanxeber.com-un məlumatına görə, ABŞ-da “Mançester Yunayted”lə oyunda Neymar yeganə qolun müəllifi olub.

Məlumata görə, oyundan sonra Neymarın atası, klubun direktoru Raul Sanllexi və idman direktoru Roberto Fernandes stadionu eyni  maşında tərk ediblər.

Çox güman ki, tərəflər “Barselona” ilə müqaviləni yeniləməyi müzakirə ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43