Kateqoriyasız

Nildodan acı etiraf: “Mən onların ümidlərini doğrultmadım” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın hücumçusu Junior Nildonun idmanxeber.com saytına müsahibəsi.

– Sabah "Simurq"la çətin oyun var. Bu oyunla bağlı düşüncələrini bilmək istəyərdim. 

Təkcə "Simurq"la oyuna deyil, bütün matçlara üç xal qazanmaq üçün çıxırıq. İstəyirik ki, sabahkı oyunda qələbə qazanaraq çempionluq mübarizəsinə qoşulaq. Təbii ki, belə oyunla yox, daha da yaxşı futbol oynamalıyıq. "Simurq"la oyunda qələbə qazanacağıq deməyim rəqibə hörmətsizlik etmək anlamına gəlmir. Biz bütün rəqiblərimizə hörmət edirik. Ancaq sabahkı oyunda mütləq qələbə qazanmalıyıq. 

– İlk dövrə ərzində bu cür iddialı açıqlamalar hər oyundan öncə verilirdi. Ancaq bu nəticədə öz əksini tapmır. 

Bu futbolun yazılmamış qanunlarıdı. Biz qələbə istəyirik, ancaq rəqib də 3 xal qaznmaq istəyir. İstənilən halda bu bizim üçün bəhanə sayılmamalıdı. Qarşıdakı turlarda daha çox qələbə qazanmalıyıq. 

– Premyer Liqada yaranmış fasilə "Xəzər Lənkəran"a nə kimi xeyir verə bilər?

Fasiləyə kimi komanda yaxşı oynayırdı. Düşünürəm ki, bu fasilə bizim daha da köməyimizə çatacaq. Bu fasilə zamanı ilk dövrədə buraxdığımız səhvlər üzərində işlədik və qarşıdakı turlarda bunu təkrar etməyəcəyik. 

– İlk dövrədə Nildo qaçırtdığı epizodları qola çevirsəydi, özü bombardirlər, komandası isə turnir cədvəlində lideri idi.

Bu qədər qol imkanlarından istifadə edə bilməyəndə özümə də pis gəlir. Məşqlərdə daha çox çalışıram ki, bu səhvlər təkrarlanmasın. Bilirəm ki, komandamın mənim vuracağım qollara ehtiyacı var. Ancaq mən onların ümidlərini doğrultmadım. Özümü məşqlərdə məcbur edirəm ki, daha çox işləyim və qol imkanlarından istifadə edim. Belə hadisələr bütün futbolçuların başına gələ bilər. Bəzən elə hücumçular olur ki, 1 il qol vura bilmirlər. Ancaq önəmli oyunlar gələndə özünü göstərə bilir.

– Sabahkı oyunda qol sözü verirsənmi?

Əsas komandamın qələbə qazanmasıdı. Mənim qol vurub-vurmamağım o qədər önəmli deyil. Əsas olan "Xəzər Lənkəıran"ın bundan sonrakı oyunlarda qazanacağı qələbələrdi. 

Səxavət QURBANOV

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43