Dünya futbolu

Növbəti transfer rekordu gerçəkləşə bilər – “Siti”dən Mbappeyə fantastik təklif

“Şəhərlilər”dən rekord təklif

İngiltərə mətbuatının yaydığı xəbərə görə, “Mançester Siti” klubu PSJ-nin ulduz oyunçusu Mbappeni heyətinə qatmaq istəyir. Qış transfer pəncərəsinin açılmasını gözləyən İngiltərə klubu oyunçu üçün Paris təmsilçisinə 225 milyon avro təklif edəcək.

Qeyd edək ki, Mbappe ötən mövsüm PSJ forması ilə çıxdığı 46 oyunda 21 qol, 15 assist edib.

Bu il isə fransalı oyunçu 5 oyuna 5 qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43