Dünyadan

Nuri Şahin: “Aid olduğum yerdəyəm”

“Borussiya Dortmund”da oynayan Nuri Şahin, “Legiya Varşava” matçının ardından jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasında gecənin qol rekordunun qırıldığı “Borussiya Dortmund” – “Legiya Varşava” matçının sonunda Nuri Şahin, Dortmund karyerası ilə bağlı danışıb. Nuri Şahin, ”Məncə bura mənim evimdir və aid olduğum yerdəyəm. Dortmundla əlaqədar çox gözəl düşüncələrə sahibəm. Yalnız komandama daha çox kömək etmək istəyirəm”, – deyə bildirib.

Atdığı qola də toxunan ulduz futbolçu, ”Bu gün atdığım qolla məşqlərdə gördüyüm işlərimin qarşılığını aldım. Komanda üçün ən yaxşısını etməyə hazıram”, – deyərək sözlərini bitirib.

Qeyd edək ki, “Trabzonspor”un da maraqlandığı Nuri Şahin, bu mövsüm “Borussiya Dortmund” formasıyla çıxdığı 2 matçda 1 qol vura bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43