Dünyadan

Siqdorsson “Barselona”ya gedib

“Qalatasaray”ın böyük ümidlərlə transfer etdiyi ancaq “zədə problemləri” səbəbiylə oynadaya bilmədiyi Kolbeyn Siqdorsson ilə bağlı maraqlı açıqlama edilib.

İdmanxeber.com-un məlumatına görə, “sarı-qırmızılı” komandanın bu gün etdiyi məşqdən əvvəl futbolçuların sağlamlıq vəziyyəti haqqında məlumat verən klub həkimi Yenər İncə, Siqdorssonun müalicə üçün İspaniyanın Barselona şəhərinə getdiyini bildirib.

İslandiyalı hücumçunun nə zaman yaşıl meydanlara dönəcəyi mövzusunda bir tarix verə bilməyəcəklərini ifadə edən İncə, “Siqdorsson İslandiya milli komandasından zədəli gəlib. Əməliyyatdan sonra dizində şiş yarandı. Futbolçunun ağrıları davam etdiyi üçün istənilən yükləməni edə bilmirik. Özü hazırda Barselonadadır. Norveçdən gətirilən məşqçi, İslandiya milli komandasının məşqçisi və bizim təyin etdiyimiz bir digər məşqçi ilə bərabər çalışır. ‘Bu tarixdə dönər’ deyə bilmərik. Tam olaraq hazır olduğu zaman gəlməsini istəyirik”, – deyə qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43