İdman

Oktay Dərəlioğlu “Xəzər Lənkəran”ı unutmayıb: “1 saat keçməmişdi ki, rəhbərlik bu fikrindən geri çəkildi”

Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu, ölkəmizdə "Xəzər Lənkəran"ın formasını geyinən Oktay Dərəlioğlu cənub təmsilçisi haqda fikirlərini bölüşüb.

İdmanxeber.com-a danışan 41 yaşlı futbol adamı "Xəzər Lənkəran"a görə çox üzüldüyünü dilə gətirib: "Komandanın fəaliyyətini dayandırmasına görə, pis oldum. Səbəbin bilmirəm, amma inanıram ki, əvvəlki günlərinə qayıdar. "Qarabağ"ın son illər dəqazandığı uğur isə sadəcə möhtəşəmdi. Belə davam etsə, digər klublar da, bu uğurun davamını gətirə bilər"
Lənkəran təmsilçisinin heyətində 34 oyuna 35 qol vuran veteran futbolçu 2012-ci ildə klubda işləmək təklifini aldığını bildirib: "2012-ci ildə mənə "Xəzər Lənkəran"da işləmək təklif olundu və ilkin razılıq əldə etdik. Amma 1 saat keçməmişdi ki, onlar bu fikrindən geri çekildilər. Bunun səbəbini hələ də anlamıram. Düzün desəm, o zaman çox çaşqın duruma düşmüşdüm. Amma "Xəzər Lənkəran" azarkeşləri möhtəşəmdilər. Onlarla komanda arasında həmişə qəribə bir bağlılıq oluir. Ora yenidən qayıtmaq mənə çox xoş olardı".

Cavid Əhmədoğlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43