Kateqoriyasız

“Olimpiakos” bizi yaxşı analiz etmişdi” – Abdullah Zubir

“Bu matç bizim üçün daha çətin keçdi. Rəqib bizi yaxşı analiz etmişdi”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Bakıda Yunanıstan “Olimpiakos”u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra “CBC Sport”a açıqlamasında deyib.

Yarımmüdafiəçi çox qol şansı yaxalamadıqlarını bildirib: “Əlimizə düşən azsaylı imkanlardan istifadə etməyə çalışdıq. Amma heç-heçə oldu. Qarşıda daha 2 oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.

Matçdan sonra “Olimpiakos”un hücumçusu Abubakar Kamara ilə görüşən 31 yaşlı vinger Fransada ona qarşı oynadığını və yaxşı münasibətlərinin olduğunu bildirib: “Matçdan sonra söhbət etdik, oyun haqqında danışdıq. Dostum olduğu üçün ona yaxınlaşdım”.

Almaniya “Frayburq”unun artıq qrupdan çıxdığını xatırladan təcrübəli oyunçu ən azı 2-ci yeri tutmağa çalışacaqlarını vurğulayıb: “Bunun üçün isə qrupdakı son iki matçımızı qələbə ilə başa vurmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43