Kateqoriyasız

“Qarabağ” “Real”ı və “Qalatasaray”ı qabaqladı

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) öz ölkələrində ən yaxşı statistik göstəricilərə malik komandaların reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasında iştirak edən klublar da yer alıb.

“Qarabağ” ölkə çempionatında keçirdiyi 8 matçda da qələbə qazanıb. “Atlılar” hər oyuna ortahesabla 7,2 zərbə endirib. Qurban Qurbanovun komandası bu göstəricidə 18-ci sıradadır.

“Qarabağ” cədvəldə İngiltərənin “Mançester Siti”, “Arsenal”, “Liverpul”, İspaniyanın “Barselona”, “Real”, “Atletiko”,  İtaliyanın “Napoli”, Türkiyənin “Qalatasaray” kimi klublarını qabaqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43