Kateqoriyasız

“Olimpiakos” bunu düzgün qiymətləndirməsə, problem yaşayacaq” – Çantakias

“Zirə”nin yunanıstanlı müdafiəçisi Dmitrios Çantakias “Olimpiakos”un Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyi oyunlardakı şansları barədə danışıb.

İdmanxeber.az xəbər verir ki, 27 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Olimpiakos” son illərdəki kimi matça köklənə bilməsə, böyük problem yaşayacaq. “Qarabağ”ın 6-7 oyunçusu uzun illərdir birlikdə çıxış edirlər. Onların əsas “silahları” 5 oyunçudur. Bunlardan biri olan Marko Yankoviç vaxtilə “Olimpiakos”da da çıxış edib. Sağ cinah müdafiəçisi Marko Veşoviç təhlükəli oyunçudur. Abdulla Zubir ilə Kvabena Ovusu irəli xətdə təhlükəlidir və qollar vururlar. Filip Ozobiçi də bu siyahıya əlavə edirəm. Bu oyunçular xüsusi fərq yaradır. “Olimpiakos” bunu düzgün qiymətləndirməsə, problem yaşayacaq”.

“Qarabağ” qrup mərhələsindəki növbəti oyununu oktyabrın 6-da Yunanıstanda Pirey klubuna qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43