Kateqoriyasız

“Qarabağ” – “Nant” matçı ilk 5-likdə

UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı məlum olub.

İdmanxeber.az xəbər verir ki, 15 oyunda ümumilikdə 312 000-dən çox azarkeş iştirak edib.

İlk 5-likdə Bakıda “Qarabağ”la “Nant” arasında keçirilmiş oyun (3:0) da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı matçı 26 495 azarkeş izləyib.

Ən çox tərəfdar isə “Roma” (İtaliya) – HJK (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı oyunda 60 193 fanat olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43