Kateqoriyasız

“Sabah”ın kapitanı üçün əlamətdar oyun

Misli Premyer Liqasında VII tura start verilib.

İdmanxeber.az xəbər verir ki, “Sabah” bu turda evdə “Turan Tovuz”la qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyun “Sabah”ın futbolçusu Elvin Camalov üçün əlamətdar olub.

Belə ki, oyuna əlavə edilmiş 5-ci dəqiqədə rəqibin qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən kapitan, Azərbaycan çempionatında ilk qoluna imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43