Ölkə futbolu

Oliver Lederer: “Bakıdakı matça tam konsentrasiya olacağıq”

“Kəpəz”in rəqibi “Admira”nın baş məşqçisi Oliver Lederer oyundan sonra (1:0) açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, avstriyalı çalışdırıcı bunları deyib:

“Gözəl bir tamaşa izlədik. Əlimizə şans düşmüşdü. İkinci hissədə rəqibi güclü təzyiq altında saxladıq. “Kəpəz” müsbət keyfiyyətlərini göstərsə də, biz də hücumdakı ustalığımızı göstərdik və istəyimizə çatdıq. Amma bu qələbədən sonra göylərdə uçmamalı, cavab matçına arxayın çıxmamalıyıq. Bu üzdən Bakıdakı oyuna tam konsentrasiya olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43