Ölkə futbolu

Oliver Lederer: “Hava isti olsa da, bu bəhanə olmamalıdır”

“Kəpəz”in Avropa Liqasındakı rəqibi “Admira”nın baş məşqçisi
Oliver Lederer rövanş öncəsi mətbuat konfransında bunları deyib:

“Çox minnətdaram ki, bizi belə gözəl  qarşıladınız. Minnətdaram. Biz bilirik ki,
bizi sabah çətin oyun gözləyir. Evdə tapşırığımızı yerinə yetirə bildik. Rəqib
qapısından bir qol keçirə bildik. Sözsüz ki, rəqibi analiz etdik. Əks-hücuma
çox tez keçirlər. Topu özümüzdə saxlayıb buna imkan verməyəcəyik. “Admira”nın
oyun stili rəqibdən asılı deyil. Biz həmişə çalışırıq ki, üstün oyun oynayaq.
Lakin bu həmişə alınmır.

Sabahkı oyundan gələcəyim aslı deyil. Mənim üçün adi bir
oyundur. Sözsüz ki, biz öz gücümüzə inanırıq. Səfərdə qol vurmağa çalışacağıq.
90 dəqiqə ərzində matçın taleyini həll edəcəyimizə inanıram.

Sabah uduzsaq bizim üçün faciə olmayacaq. İstefa
verməyəcəm. Sabah meydanda gözəl bir oyun görəcəyik. Hava şəraiti hər iki
komanda üçün eynidir. Bu bəhanə olmamalıdır. Hava isti olsa belə”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43