Kateqoriyasız

Öncə “Neftçi”, sonra “Partizan”

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Partizan” matçından bir gün öncə mətbuat konfransı keçirilləcək.

İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda hər iki komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün komandaların ilk 15 dəqiqəsi açıq olacaq məşqi keçiriləcək.

Saat 19:30 “Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı

Saat 20:00 “Neftçi” PFK-nın açıq məşqi

Saat 20:30 “Partizan” FK-nın baş məşqçisi Marko Nikoliçin mətbuat konfransı

Saat 21:00 “Partizan” FK-nın açıq məşqi

Qeyd edək ki, "Neftçi" – "Partizan" matçı 28 avqust tarixində baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43