Dünya futbolu

Onun üçün “Beşiktaş” və “Fənərbağça” arasında “savaş” başladı

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Beşiktaş”da gözlər ukraynalı futbolçu Yevgeni Konoplyankaya yönəlib.

İdmanxeber.az-ın məlumatına görə, “Şalke”də çıxış edən ukraynalı yarımmüdafiəçi “qara qartal”ın təklifinə müsbət yanaşıb. Hazırda İstanbul klubu “Şalke”ni yola gətirməyə çalışır.

Qeyd edək ki, “Şalke”də ötən mövsüm çıxdığı 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edən Konoplyanka ilə “Fənərbağça” da maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43