Kateqoriyasız

Ötən mövsümün bombardiri rəsmən “Zirə”də

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan Nurlan Novruzov komandanın sıralarına qoşulub.

“Bakı” klubu ilə razılığa əsasən Nurlan 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq Novruzovla müqavilənin müddəti artırıla da bilər.

Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa, 6 aydan sonra Nurlan Novruzovla müqavilənin müddətinin artırılması mümkündür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43