Kateqoriyasız

“Oyun bütünlüklə bizim ərazi üstünlüyümüz şəraitində keçdi”

“Sabah” Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda doğma meydanda “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin məşqçisi Artur Olenin jurnalistlərin suallarını cavablandırıb:

– Öncə şəhidlərə rəhmət diləyirəm, məkanları cənnət olsun. Ümid edirəm ki, bu hadisələr qısa müddət ərzində bitəcək. Oyun bütünlüklə bizim ərazi üstünlüyümüz şəraitində keçdi. Topa daha çox sahib olan tərəf biz idik. Düzdür, dəyişiklikdən sonra kuryoz qol alındı. Amma buna qədər biz bir çox qol şansları yaratmışdıq. Qol vurduqdan sonra rəqibi yenə öz qapısına sıxdıq. Qələbə münasibətilə futbolçuları təbrik edirəm.

– Demək olar ki, rəqib 10 nəfərlə qaldıqdan sonra oyuna bir qədər qeyri-ciddi yanaşdız?

– Məncə belə olmadı. Çünki, belə olsaydı, biz daha çox qol vurmağa calışmazdıq. Sadəcə olaraq elə qol buraxdıq ki, bu, heç təhlilə də layiq deyil. Çox kuryoz qol alındı.

– Oyun zamanı Murad Musayevlə əlaqə saxlayırdız? O, daha çox nəyə diqqət yetirməyi tapşırırdı?

– Oyun ərzində nə etmək lazımdırsa, onları tövsiyə edirdi.

– Çempionatda iki həftəlik fasilə olacaq. Bundan necə yararlanacaqsız?

– Əlimizdə olan futbolçularla işlətəcəyik. Bu, bəlkə də digər komandalar kimi bizim üçün də optimal fürsətdir. Çünki, zədələ oyunçularımız geri qayıdacaq.

– Apeh bir çox şansları dəyərləndirə bilmədi. Bunun səbəbi nədir?

– Bu gün qol vurmadı. Böyük bir problem yoxdur. Biz ona inanırıq. Apeh çox keyfiyyətli oyunçudur. Bir qol vurub. Gələn oyunlarda da ona şans verəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43