Kateqoriyasız

“Oyuna baxanda 7-8 dəfə tullanmışam” – “Viktoriya”nın prezidenti

“Heç vaxt bitməyəcək bir günüm oldu. Dördüncü dəfə Çempionlar Liqasına yüksəldik. Bu, futbolçularımız üçün çox şey deməkdir. Üstəlik, qızım günorta saat 4-ün yarısında doğuldu. Ona rəmzi olaraq, Viktoriya adını qoymağım uyğunsuz olardı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Qarabağ”a 2:1 hesabı ilə qalib gələn Çexiyanın “Viktoriya” klubunun sahibi Adolf Şadek deyib.

O, daha sonra bunları deyib:

“Oyuna ofisdə tək baxırdım, oyuna baxanda 7-8 dəfə tullanmışam. Uşaqlara inanırdım, amma rəqibin səviyyəsi ikinci qolu vurmağımıza imkan vermirdi. Bu halla daxilən mübarizə aparırdım. Səhərdən məndə çətin gün idi. Uşaqların sayəsində son 20 dəqiqədə rəqibə nəfəs almağa imkan vermədik”.

“Viktoriya”nın sahibinin sözlərinə görə, maddi durumu yaxşı olmayan klub Çempionlar Liqasının qrupuna düşməklə, bu vəziyyətdən çıxa bilər:

“Biz klub olaraq digərlərindən bir qədər fərqli fəaliyyət göstəririk. Söhbət puldan yox, üçüncü əlavə dəyərdən gedir. Mən situasiya ilə mübarizə aparıram. İnanırıq ki, biz yenə Praqadan olan rəqiblərimizi (“Slaviya” və “Sparta”) su altında qoyacağıq”.

“Viktoriya” Bakıda qolsuz heç-heçə etdiyi “Qarabağ”ı cavab görüşündə üstələyərək, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. “Köhlən atlar” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43