Milli komanda

“Oyunun favoriti bizik” – Xorvatiyanın baş məşqçisi

Xorvatiyanın baş məşqçisi Zlatko Daliç ölkə mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, Daliç AVRO 2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaqları oyun barəsində də danışıb. O, görüşün favoriti olduqlarını bildirib:

“Azərbaycanla oyunda matçın favoriti bizik. Lakin bu bizi arxayın etməməlidir. Biz oyun topa yiyələnməli və oyunu nəzarətdə saxlamalyıq. Bilirik ki, rəqibin güclü müqaviməti ilə qarşılşacayıq”.

Gənc mütəxəssis həmkarı Nikola Yurçeviç Azərbaycan millisinin başına keçməsindən də danışıb: “”Yurçeviç orda olduğundan, bizə çətin olacaq. Ancaq buna fikir verməli deyilik. Bizə qələbə lazımdır. Dolu tribunalar önündə bizə heç kim heç nə edə bilməz”.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan matçı martin 21-də Zaqrebdəki  “Maksimir” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43