Kateqoriyasız

“Partizan” üçün “Neftçi”dən öncə son sınaq

“Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Partizan” bu gün Serbiya Superliqasında növbəti matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın rəqibi səfərdə “Radniçki” klubu ilə qarşılaşacaq.

“Partizan”ın ardıcıl ikinci səfər matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, bu qarşılaşmadan sonra “Partizan” “Neftçi” ilə 21 avqustda keçirəcəyi matça hazırlaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43