Kateqoriyasız

Paytaxt klubu legionerini itirdi

“Səbail” Azərbaycan Kubokunda 1/8 final mərhələsində MOİK-lə qarşılaşmada futbolçusu Emil Martinovu itirb.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun bolqarıstanlı legioneri matçın 19-cu dəqiqəsində zədələnib və yerini Ədilxan Qarəhmədova verib. Futbolçunun zədəsi ciddidi.

Klubun mətbuat xidmətindən saytımıza bildirilib ki, Martinovun son durumuna sabah aydınlıq gələcək. MRT müayinəsindən keçəcək 32 yaşlı yarımmüdafiəçinin növbəti matçlarda komandasına kömək edib-edə bilməyəcəyi müəyyənləşəcək.

Bizi teleqramda izləyin 👇

https://t.me/idmanxeberaz


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43