Kateqoriyasız

Paytaxt klubunda iki itki

Topaz Premyer Liqasının VII turunda “Qəbələ” ilə qarşılaşacaq “Rəvan” hazırlığı davam etdirir. 

Klubun rəsmi saytına istinadən yaydığımız xəbərə görə, paytaxt təmsilçisi oyuna hazırlıq məqsədilə “Bayıl Arena” stadionunda məşqə çıxıb.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlərdə iki nəfər istisna olmaqla, komandanın bütün üzvləri iştirak edib. Tofiq Mikayılov ili başa vurubsa, Elvin Həsənəliyev qasıq nahiyəsindəki zədəni sağaltmaqla məşğuldur. Bu səbədən hər iki futbolçu Qəbələ səfərində komandasına kömək edə bilməyəcək. Qalan bütün komanda üzvləri ümumi qrupda hazırlıqda iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43