Kateqoriyasız

“Xəzər Lənkəran” rəsmisi: “Biz buna vərdiş etmişik”

Bu gün AFFA İntizam Komitəsinin çıxardığı qərara əsasən “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev hakimi təhqir etdiyinə görə, 5 oyunluq cəzalanıb.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında bunun “normal” olduğunu bildirib:

“Hər dəfə İK-in iclasında “Xəzər Lənkəran” əleyhinə qərarlar verirlər. Haqlı-haqsız hər dəfə belə olur. Bu da onlardan biri. Əslində biz artıq buna vərdiş etmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43