Kateqoriyasız

Pep Qvardiola, Yurgen Klopp, Qurban Qurbanov…

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, reytinq cədvəlində karyerasını davam etdirən ən yaxşı 500 məşqçi yer alıb.

Azərbaycanı reytinq siyahısında yalnız bir məşqçi təmsil edir. Bu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. O, 1588 xalla planetin 225-cısidir. Qurbanov ötən reytinqlə müqayisədə bir addım irəliləyib.

Siyahıya “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola (2193) başçılıq edir. Onu “Liverpul”dan Yurgen Klopp (2116) və “Roma”dan Joze Mourinyo (2074) izləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43