İdman

PFL “Bakılı”nın futbolçusunu mükafatlandırdı – FOTO

Bu gün I Divizionun XIV turundan təxirə salınmış “Ağsu” – “Bakılı” matçı keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, matçdan öncə Peşəkar Futbol Liqası noyabr ayının ən yaxşı qolunun müəllifini mükafatlandırıb. Jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Bakılı”nın futbolçusu Nurlan Məmmədzadənin “Səbail”ə vurduğu qol ayın ən yaxşısı seçilib.

Matçdan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov mükafatı (500 AZN) Nurlan Məmmədzadəyə təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43