Kateqoriyasız

PFL-dən yeni əməkdaşlıq müqaviləsi – “Cansports travel and consulting” şirkəti ilə

Peşəkar Futbol Liqası (PFL) və “Cansports travel and consulting” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Idmanxeber.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Cansports travel and consulting” şirkəti qurumun daxili və xarici səfərlərini təşkil edən şirkətlər siyahısına daxil olub.

Bundan əlavə, zərurət yaranacağı təqdirdə “Cansport” şirkəti PFL-in digər layihələri zamanı da tərəfdaş kimi təşkilati işlərə müvafiq dəstək verə bilər.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən “Cansports travel and consulting” şirkətinin əsas məqsədi idman turnirləri, təlim-məşq toplanışları, idmanla bağlı müxtəlif xidmətləri yüksək səviyyədə həyata keçirmək və nümayiş etdirməkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43