Ölkə futbolu

PFL-in “Qarabağ” – “İnter” matçı ilə bağlı məlumatı

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, ev oyunlarını keçirdiyi “Azersun Arena” stadionunun ot örtüyündə yenilənmə işlərinin getdiyini və bu səbəbdən Topaz Premyer Liqasının I turunun “Qarabağ” – “İnter” matçının “İnter Arena”da keçirilməsinə razılıq verilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “İnter” klubunun razılığını alan PFL aşağıdakı dəyişiklikləri həyata keçirib.
1. Topaz Premyer Liqasının 2016/2017-ci illər mövsümünün I turunun “Qarabağ” – “İnter” matçı 7 avqust tarixdə “İnter Arena”da keçirilsin.

2. I turda meydan sahibi “İnter” klubu, iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Qarabağ” klubu təsdiq edilsin. 

(pfl.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43