Kateqoriyasız

PFL və Avropa Peşəkar Futbol Liqaları Birliyi arasında görüş keçirildi

Peşəkar Futbol Liqası və Avropa Peşəkar Futbol Liqaları Birliyi arasında görüş keçirilib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, onlayn formatda baş tutan görüşə PFL prezidenti Elxan Səmədov, texniki idman direktoru Elgiz Abbasov, beynəlxalq əlaqələr üzrə menecer Fərəc Hüseynov, media və marketinq direktoru Sənan Abdullayev, qarşı tərəfdən isə icraçı direktor Yako Svart, menecer Amparo Reiq Martines, baş katibin müavini Alberto Kolombo və biznesin inkişafı üzrə menecer Entoni Blekbern qatılıb.

Görüşdə münasibətlərin hazırkı durumu, gələcək planlar, qarşılıqlı əməkdaşlıq müzakirə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43