Kateqoriyasız

PFL və “Zirə” klubunun rəhbərliyi arasında görüş olub

Peşəkar Futbol Liqasının (PFL) idarə heyəti klublarla görüşləri davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev bu dəfə Zirə qəsəbəsinə səfər edib.

Zirə İdman Kompleksinin inzibati binasında klubun prezidenti Taleh Nəsibov və icraçı direktoru Cahangir Məmmədovun iştirakı ilə görüş keçirilib. E.Səmədov görüşə görə “Zirə” rəsmilərinə təşəkkür edib. PFL prezidenti bildirib ki, tanışlıqla yanaşı, əsas məqsəd klubları narahat edən suallara aydınlıq gətirmək, bu barədə qeydlər apararaq araşdırmaq və qısa müddətdə həllinə çalışmaqdır.

T.Nəsibov isə öz növbəsində PFL prezidenti seçilməsi münasibətilə Elxan Səmədovu bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb. O, rəhbərlik etdiyi klubun məqsədinin yarandığı gündən etibarən imkanları çərçivəsində Azərbaycan futboluna maksimum töhfə vermək olduğunu bildirərək, sevindirici məqamın hər zaman təşkilatçı qurumla qarşılıqlı sayğı çərçivəsində çalışmaları olduğunu vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43