Ölkə futbolu

PFL yay və qış transfer dövrlərinin vaxtını açıqladı

Azərbaycan Premyer Liqasında 2014/2015-ci il mövsümü üçün yay və qış transfer dövrlərinin vaxtı açıqlanıb.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata göə, yay transfer pəncərəsi 10 iyun 2014-cü ildən 1 sentyabr 2014-cü il tarixinə qədər davam edəcək.

Qış transfer dövrü isə 5 yanvar 2015-ci ildən 2 fevral 2015-ci ilə qədər olan müddətə nəzərdə tutulub.  

Azərbaycan Premyer Liqası və I divizion təmsilçiləri göstərilən dövrlər ərzində heyətinə cəlb etdikləri oyunçuları Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43