Milli komanda

Pirlo: “Azərbaycanla oyunda asan qələbə qazanmadıq”

“Məhsuldar ötürmə ilə yığmaya qayıtmaq əla hissdir. Yenidən bu formanı geyindiyim üçün şadam”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avro-2016″nın seçmə mərhələsində millimizə 2:1 hesabı ilə qalib gələn İtaliya yığmasının yarımmüdafiəçisi Andrea Pirlo ölkəsinin mətbuatına açıqlamasında deyib:

“Qələbə qazanaraq inamla irəliləmək üçün yaxşı şansımız var idi ki, bunu da bacardıq. Lakin Azərbaycanla oyunda asan qələbə qazanmadıq. Matçın taleyini erkən həll edə bilmədik. Bu tip komandalar oyun ərzində çox qol epizodları yaratmasa da, kiçik səhvdən rəqibi cəzalandıra bilirlər. Ancaq sonda meydandan 3 xalla ayrıldıq. Artıq növbəti oyuna hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43