Kateqoriyasız

Polşa klubunun Musa üçün ödəmək istədiyi məbləğ

“Poqon” klubunun “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib.

İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, Ekstraklassa təmsilçisi 20 yaşlı hücumçu üçün 350 min avro ödəmək niyyətindədir. Transferin baş tutma ehtimalının yüksək olduğu vurğulanıb.

Qeyd edək ki, Musa Qurbanlının “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43